Şahzadəyə etiraz etdilər: “O, mükafata layiq deyil”
 

 Kral sarayından imtina edərək həyat yoldaşı ilə birgə ABŞ-yə köçən şahzadə Harri yenə dünya mediasının gündəmini zəbt edib.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, şahzadə Harri idmanla əlaqələri və qazi əsgərlərə göstərdiyi dəstəyə görə ESPY çərçivəsində “Pat Tiliman” mükafatına layiq görülüb. Şahzadə Harri 10 il Böyük Britaniya ordusunda hərbi xidmət keçib, 2014-cü ildə “Invictus Games” vasitəsilə qazi əsgərlərə yardımlar edib. Şahzadə bu xeyirxah əməlinə görə də mükafatlandırılıb. Mükafatlandırma mərasiminə şahzadə Harri həyat yoldaşı Meqan Marklla qatılıb. Mükafat alan şahzadə nitqi zamanı bunları söyləyib: “Burada şahzadə Harri olaraq deyil, 20-dən artıq ölkədən minlərlə qazi və xidmət personalı adına düzənlənən “Invictus Games” Vəqfinin təmsilçisi – səsi olaraq iştirak edirəm”. Pat Tillman 27 yaşında Əfqanıstanda həlak olmuş NFL oyunçusudur. Mərasimdə iştirak edən P.Tillmanın həyat yoldaşı Mary Tillman isə mükafatın şahzadə Harriyə verilməsinə etiraz edərək buna üzüldüyünü deyib.