Ekspert: Keyfiyyətsiz taksinin çoxluğundansa...
11:54 19.07.2024
Sosial
565
“Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir”.
Sherg.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
O bildirib ki, Bakıda taksilərin sayı 67-70 mindən 35 minə enib: “Qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb. Bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb”.
AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: “Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, tələblərimizə cavab verməyən nəqliyyat vasitələri artıq dövriyyədən çıxıb:
“Onların yerinə isə yeni tələb və qaydalara uyğun olan nəqliyyat vasitələri cəlb edilib. Eyni zamanda da müxtəlif tələblər qoyulub. Bu tələblər əvvəlcədən də var idi, sadəcə olaraq artıq formalaşdırılaraq qüvvəyə mindi. Nəqliyyat vasitələrinin xəttə çıxmadan öncə texniki baxışdan, sürücülərin isə tibbi müayinədən keçməsi artıq vacibdir. Avtomobillərdə isitmə-soyutma sistemləri, təchizatın aviasiya olunması və Avropa standartı olması kimi tələblər mövcuddur. Qoyulan tələblər də keyfiyyətin yüksəldilməsinə xidmət edir. Bu sahə üzrə məşğul olan sürücülərin təlimlərə cəlb edilməsi, bilik və xidmət səviyyələrinin artırılması əsas prioritet məsələlərdən biridir. Qəbul edilən qayda və qanunlara əməl edilməsi keyfiyyətin artmasına səbəb olacaq. Son dövrlər biraz narazılıqlar var. Çünki əvvəlki kimi taksi bolluğu yoxdur. Hətta insanlar biraz gözləməli olur və qiymət artımı müşahidə edilir. Lakin biz keyfiyyət, komfort istəyiriksə, qiymət artımı da olmalıdır. 70 min taksinin içərisindən tələblərə və məqsədəuyğun olan taksilər seçilibsə, azalması da normal haldır. Belə olan halda taksi sifarişi edərkən insanlar müəyyən qədər gözləməli olacaqlar. Dünyanın hər yerində belədir. Keyfiyyətsiz taksinin çoxluğundansa, təhlükəsiz və yüksək keyfiyyətli taksinin tətbiq edilməsi daha məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya