Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək
Yusif Nəzərli
06:53 22.07.2024
Cəmiyyət
487
Azərbaycanda FM radioyayımlar əsasən paytaxt ərazisində yayımlanıb və bölgələrdəki əhalinin milli radio proqramlarını qəbuletmə imkanı məhdud olub.
"APA-Economics" xəbər veri ki, bunu “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, qeyd edib ki, FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə, radioyayım infrastrukturunda müəyyən təmir-bərpa işlərinin görülməsinə ehtiyac yaranıb:
"Həmçinin bəzi stansiyalarda elektrik enerjisi təsərrüfatı köhnəldiyi üçün dayanıqlı enerji təminatı vacib bir məsələyə çevrilib. Bütün bu amillər FM radioyayım şəbəkəsinin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün kompleks həll tələb edir.
Sözügedən Sərəncamın məqsədi məhz buna yönəlib. Belə ki, radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla milli radioların bütün ölkə ərazisində yayımının təmin olunması və bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi Sərəncamdakı mühüm məqamlardan biridir".
O, bildirib ki, bu layihə çərçivəsində həm də yeni texnologiyaların istifadəsi nəzərdə tutulub:
"Qurulmaqda olan Radio Data Sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitəsi bir bölgədən digər bölgənin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyədək mövcud olan tezliklərin dəyişməsi, radiosiqnalın itməsi kimi problemləri aradan qaldıracaq.
Sərəncamın icrası ilə bağlı hazırda intensiv işlər görülür. Bu işlər çərçivəsində artıq nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar quraşdırılıb. Hazırda sınaq yayımları və texniki-tənzimləmə işləri aparılır. Aparılmış radiomonitorinqlər bu yayımların keyfiyyətli təşkil edildiyini göstərir. Yaxın aylar ərzində işlərin tam başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində yeni ayrılmış tezliklərin qonşu ölkələrlə və beynəlxalq səviyyədə koordinasiyası davam etdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət