ƏHD Partiyasının sədri jurnalistləri təbrik edib
ƏHD Partiyasının sədri jurnalistləri təbrik edib
11:56 22.07.2024
Media
882
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media mənsublarını təbrik edib.
"Sherg.az"ın xəbərinə görə, təbrikdə deyilir:
Əziz jurnalistlər,
Dəyərli media mənsubları,
Sizi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm!
“Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq 149 il ildir ki, mürəkkəb, çətin və şərəfli yol keçir. Mətbuatımız xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Azərbaycan mətbuatı İkinci Qarabağ savaşında və ondan sonrakı dönəmdə ölkəmizə edilən informasiya hücumlarına qarşı peşəkar fəaliyyət göstərib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün də milli mətbuatımızın üzərinə ağır və tarixi vəzifə düşür və keçdiyimiz həssas dönəmdə Azərbaycan mətbuatının xüsusi missiyası var.
Dəyərli mətbuat nümayəndələri!
Həmişə olduğu kimi bu ağır və şərəfli missiyanı layiqincə davam etdirəcəyinizə inanıram. Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə