MDB PA-dan olan müşahidəçilər partiyaların seçki qərargahlarının nümayəndələri ilə görüşüb
MDB PA-dan olan müşahidəçilər partiyaların seçki qərargahlarının nümayəndələri ilə görüşüb
13:51 24.07.2024
Siyasət
341
MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər partiyaların seçki qərargahlarının nümayəndələri ilə Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə MDB PA mətbuat xidməti məlumat yayıb.
Görüşlər uzunmüddətli monitorinq çərçivəsində onlayn formatda keçirilib.
MDB PA Şurası Katibliyi rəhbərinin müavini - MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) İvan Muşket tədbir iştirakçılarına məlumat verib ki, hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın ekspertlərindən ibarət müşahidəçilər qrupu yaradılır.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin qrupun koordinatoru təyin edilib. Müşahidəçilər hakim Yeni Azərbaycan Partiyasının seçki qərargahının rəhbərliyi ilə seçkiyə hazırlığın gedişatını müzakirə ediblər.
Sədr müavini - Partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov müşahidəçilərə bildirib ki, partiya 125 seçki dairəsi üzrə namizədlər irəli sürüb. Bildirilib ki, partiya bütün seçki məntəqələrində çalışacaq müşahidəçilər təyin edib.
Müşahidəçilərin suallarını cavablandıran Tahir Budaqov qeyd edib ki, partiyadan irəli sürülən bütün namizədlərin 30 faizi gənclərdir. O, partiya ilə Məclisin gənclərlə bağlı layihələrdə əməkdaşlığı inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.
Həmçinin bu gün MDB PA-dan olan beynəlxalq müşahidəçilər Ədalət, Hüquq, Demokratiya Partiyasının rəhbərliyi ilə də görüşüb.
İvan Muşket diqqətə çatdırıb ki, MDB PA-dan olan beynəlxalq müşahidəçilər öz işlərində Demokratik Seçkilər, Seçki Hüquqları və Seçki Hüquqları Standartları haqqında Konvensiyada təsbit olunmuş dövlət suverenliyinə hörmət, qərəzsizlik və səmərəli yardımın göstərilməsi prinsiplərini rəhbər tuturlar.
Partiyanın sədri Qüdrət Həsənquliyev isə beynəlxalq müşahidəçilərə təbliğat-təşviqat kampaniyasının xüsusiyyətləri, seçkilərdən gözləntilər barədə danışıb və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyətini xüsusi vurğulayıb.
O, partiyalar arasında sağlam rəqabətin olduğunu da bildirib. Eyni zamanda, onun fikrincə, səsverməyə hazırlıq prosesinə kənardan müdaxilə cəhdləri də var.
Müşahidəçilər Böyük Azərbaycan Partiyasının nümayəndələri ilə parlament seçkilərinə hazırlığın gedişini də müzakirə ediblər.
Partiya sədrinin müavini, Seçki Qərargahının rəhbəri Vüqar Qasımov qeyd edib ki, seçki günü partiyanın 6 min müşahidəçisi seçki məntəqələrində çalışacaq.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2024-cü il sentyabrın 1-nə təyin edilib. Bu gün MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupu paytaxt və respublikanın regionlarında yerləşən seçki məntəqələrində olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm