Volqoqrad vilayətinə PUA hücumu nəticəsində yanğın olub, aeroportun işində fasilə yaranıb

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.

APA TASS-a istinadən xəbər verir ki, PUA-nın düşməsi nəticəsində yanğın baş verib.

PUA-nın Müdafiə Nazirliyinə məxsus obyektin ərazisinə düşdüyü vurğulanıb.

PUA hücumu səbəbindən vilayət aeroportunda təyyarələrin uçuşuna və enişinə məhdudiyyətlər qoyulub.