BMT baş katibi İsrailin hücumunu pislədi

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin onlarla insanın həlak olması ilə nəticələnən Əl-Məvasi bölgəsinə endirdiyi zərbəni pisləyib.

Axar.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib Qəzzada insan ölümündən dərin narahatdır. O, İsrailin qaçqın düşərgəsinə hava hücumunu şiddətlə qınayır", - Düjarrik brifinqdə deyib.

Qeyd edək ki, sentyabrın 10-da Əl-Əqsa telekanalı İsrailin Əl-Məvasi bölgəsinə endirdiyi zərbə nəticəsində azı 40 nəfərin öldüyünü, 60 nəfərin yaralandığını bildirib. İsrail məcburi köçkünlərin olduğu çadırları vurub. Öz növbəsində İsrail ordusu zərbənin HƏMAS üzvlərinin komanda mərkəzinə endirildiyini bildirib.