İsrail Baş Qərargah rəisi istefaya hazırlaşır

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi dekabrda istefaya getməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “12-ci telekanal”ı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu vaxta qədər silahlı qüvvələr 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının yaraqlılarının hücumunu mümkün edən hərbi rəhbərliyin buraxdığı səhvlərlə bağlı araşdırmanı başa çatdırmalı idi. Halevinin dekabrın sonunda istefa verməzdən əvvəl daxili yoxlamaların nəticələrini ictimaiyyətə açıqlayacağı gözlənilir. Eyni müddətə qədər İsrail Müdafiə Qüvvələri Livanda potensial hərbi əməliyyata hazırlığı başa çatdırmalıdır.

Bununla yanaşı, kanal qeyd edir ki, Hizbullah hərəkatı ilə münaqişənin şiddətlənəcəyi təqdirdə Halevi vəzifəsində qala bilər.

İsrail ordusunun mətbuat xidməti bu məlumatı təkzib edib.