Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərləri Kursk vilayətini işğal etdikdən sonra dinc əhalinin bir hissəsini naməlum istiqamətə aparıblar.
Sherg.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda vətəndaşlar Rusiyadan kənardadırlar, onların taleyi məlum deyil.
Diplomat həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə konsentrasiya düşərgələri təşkil edib, ora insanları silah gücü ilə toplayırdılar. Ehtimallara görə, ukraynalılar bu obyektlərdən birini Sudja şəhərindəki sosial müəssisələrdən birinin binasında yerləşdiriblər. Burada 70-120 mülki şəxs, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər yaşayır.
Bundan əvvəl Kursk vilayətinin Rılski rayonunun Zolotarevka kəndinin sakini Mariya Besedina Ukrayna Silahlı Qüvvələrinin tarlada mülki şəxsləri atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, oxşar hadisələr hakimiyyət sərhədyanı yaşayış məntəqələrini boşaltmaq qərarına gəlməmişdən əvvəl baş verib. "Biz pilotsuz təyyarələrin altında, atəş altında kartof çıxarırdıq" deyib.