İlk dəfə yaşandı
İsveçrənin Almaniya ilə sərhədində yerləşən Şaffhauzen kantonunda intihar üçün nəzərdə tutulmuş kapsula bənzər cihazdan ilk dəfə istifadə edilib. Amerikalı qadın kapsuldan istifadə edərək həyatına son qoyub. Polis hadisə ilə bağlı 4 nəfəri saxlayıb. Prokurorluq "intihara təhrik və kömək etmək" maddəsi ilə araşdırmalara başlayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, İsveçrə polisi Merişausen bələdiyyəsində bir meşə daxmasında intihara dəstək verənlərin olduğunu müəyyən edərək əraziyə basqın düzənləyib. Polis kantora daxil olarkən intihar kapsulunu aşkar edib. Kapsulu düzəldənlər onun haqqında məlumat verərək təhlükəli bir cihaz olmadığını iddia ediblər. İstifadə edilən cihazın 3D texnologiyası ilə hazırlandığı, virtual haldan konkret əşyaya döndürüldüyü bildirilib. Məlum olub ki, bu, printerlə istehsal edilən "Sarco" adlı intihar kapsuludur. Cihaz istifadəçi düyməni basdıqda azot qazı buraxaraq oksigen səviyyəsini ölümcül səviyyəyə endirir. Bu prosesdə kapsulda oturan adam huşunu itirir və bir neçə dəqiqə ərzində boğularaq ölür. "The Last Resort" sözçüsü, kapsuldan istifadə edən şəxsin immun sistemi ciddi şəkildə zəifləmiş 64 yaşlı amerikalı qadın olduğunu açıqlayıb. Təşkilat iddia edir ki, “ölüm insan hüququdur”. Saxlanılanlar arasında “The Last Resort”un vitse-prezidenti Florian Uilet, hollandiyalı jurnalist və iki İsveçrə vətəndaşı da var. Hollandiyanın “Volkskrant” qəzeti də hadisə zamanı foto çəkməyə cəhd edən fotoqrafın saxlanıldığını bildirib. "Son Resort" sözçüsü amerikalı qadının psixiatrik müayinədən keçdiyini və intihar zamanı onun yanında yalnız Uiletin olduğunu bildirib. Təşkilatın açıqlamasında Uiletin qadının ölümünün "dinc, tez və şərəfli şəkildə" baş verdiyinə dair ifadəsi yer alıb. "Sarco" cihazı 1990-cı illərdən intiharla bağlı araşdırmaları ilə tanınan keçmiş avstraliyalı həkim Filip Nitse tərəfindən hazırlanıb. Lakin cihazın 3D printerlə istehsal oluna bilməsi onun uşaqlar və ruhi xəstələr tərəfindən istifadə oluna biləcəyi ilə bağlı narahatlıq yaradır.