"Kraliça geri döndü": Bellanı yenidən podiumda görmək çox gözəldir -FOTO

Bella Hadid yenidən podiumlara qayıdıb

  Məşhur model, Fələstin əsilli Bella Hadid yenidən podiumlara qayıdıb. Məşhur model 15 ildir Lyme xəstəliyi ilə mübarizə aparırdı və podiumlarda çox da görünmürdü. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Bella Hadid uzun fasilədən sonra Paris Moda Həftəsinə qatılıb və sosial medianın trendinə çevrilib. Bir müddət əvvəl Bella Hadid ABŞ-nin Texas ştatında yaşayan kovboy, 35 yaşlı Adan Banuelosla sevgi yaşamasıyla gündəmə  gəlib. Sonra isə Layme xəstəliyi səbəbindən çox çətin günlər keçirdiyi məlum olub. Podiumlardan uzaq qalan model, "10 il modellik etdikdən sonra anladım ki, karyerama bu qədər enerji, sevgi və zəhmət sərf edirəm və bunun qarşılığında isə heç nə görmürəm", demişdi. Sevgilisi ilə Texasda yaşamağa başlayan Hadid, "ilk dəfədir ki, saxta üz geyinmirəm, maskasız görünürəm. Bunu etmək kimi bir məcburiyyətim qalmayıb. Özümü yaxşı hiss etmirəmsə, çölə çıxmıram. Özümü yaxşı hiss etmirəmsə, ümumiyyətlə, cəmiyyət arasına çıxmıram. Özümə vaxt ayırıram və bunu əvvəllər heç vaxt etmək və ya söyləmək imkanım olmayıb”. İndi isə Bella Hadid iki ilə yaxın fasilədən sonra Paris Moda Həftəsində podiuma çıxıb. Gözəl model dünyaca məşhur brendin dəfiləsinə qatılıb. Hadid ağ köynək, qara kostyum geyinib, qara qalstuk və böyük ölçülü eynək taxaraq podiuma çıxıb.  Saçını sadə topuz şəklində toplayan məşhur modelin bu görünüşü müqabilində sosial media istifadəçiləri "Kraliça qayıtdı", "Bellanı yenidən podiumda görmək çox gözəldir" və "Bellanın podiuma qayıtması Messi və Ronaldonun Real Madrid və Barselonaya qayıtması kimidir", şərhlərini yazıblar.