Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatlara qoşulmayıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Ermənistan XİN başçısı Ararat Mirzoyan iclasda iştirak edib.