Bu ölkə Ukrayna üçün mühüm rol oynayır - Zelenski

"Patriot" və IRIS-T sistemləri və "Gepard" tankları alman silah və texnologiyasının çox böyük töhfəsidir. İqtisadi və siyasi dəstək də çox vacib elementlərdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyinin Ukrayna üçün mühüm rol oynamasından danışarkən deyib.

Zelenski ədalətli sülhün əldə olunmasında da Almaniyanın fəal mövqeyini qeyd edərək, bu prosesdə Berlinin dəstəyinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Almaniyaya səfər edib, burada o, kansler Olaf Şoltsla görüşüb.