COP29-un baş danışıqçısı Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.
“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu gün Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb. COP29 sədrliyi tərəfindən hər kəsin səsinin eşidilməsi və fikirlərinin diqqətə alınması üçün nəzərdə tutulmuş vizyon və fəaliyyət çərçivəsində keçirilən görüşdə noyabr ayında uğurlu nəticə əldə etmək üçün mümkün razılaşma sahələri müzakirə edilib”, – paylaşımda qeyd olunub.