Putin Şoltsla telefon danışığından imtina etdi

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla telefon danışığından imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok məlumat verib.

“O, (Putin - red.) sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir mesaj göndərir. Bu günlərdə Almaniya kansleri ilə telefonla danışmağa belə hazır deyil”, - Berbok deyib.