Bu məktəbə direktor TƏYİN EDİLDİ

Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
Modern.az xəbər verir ki, bu vəzifəyə Laçın Hüseynli gətirilib.
O, bu təyinatadək Bakı şəhəri 195 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Laçın Hüseynli ixtisasca fizika müəllimidir.

Qeyd edək ki, məktəbin 79 yaşlı keçmiş direktoru Zakir Bayramov ötən ay vəzifəsindən azad edilib.