Ərdoğanın səfərinin ən mühüm istiqaməti... - Vuçiç

İqtisadiyyat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiya səfərinin ən mühüm istiqamətlərindən biridir.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
“Türkiyə Serbiyanın ən mühüm investorlarından biridir, xüsusilə bu çətin qlobal iqtisadi şəraitdə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən yeni layihələr və investisiyalardan, infrastruktur layihələrindən, enerji və ticarətdən danışacağıq”, - o bildirib.