ABŞ Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə zərbələr endirib

ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə bir sıra hava zərbələri endirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
ABŞ ordusunun məlumatına görə, zərbələr nəticəsində İŞİD-in terror hücumları planlaşdırmaq imkanları azalıb. 
Mülki itkilər barədə məlumat verilmir.