Ağdaşda qəza: "Jiquli"ni qaçırıb kanala aşırdı

Ağdaşda qaçırılan avtomobillə qəza baş verib.

Lent.az-ın məlumatına görə, rayon sakininə məxsus VAZ-2106 markalı avtomobil qaçırılıb. Zərərçəkmiş hadisə ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törədən 31 yaşlı Kamran Hüseynov saxlanılıb. O, avtomobili qaçırdıqdan sonra su kanalına aşırıb.

Faktla bağlı araşdırma aparılır.