Azərbaycan cüdoçusu Asiya turnirində qızıl medal qazanıb

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçusu 1 qızıl medal qazanıb.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl mükafat qazanıb.