BMT sülhməramlıları İsrailin bu tələbindən imtina etdi

BMT-nin Cənubi Livandakı müvəqqəti qüvvələri İsrail ordusunun tələb etdiyi kimi mövqeyini tərk etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.

Qeyd edək ki, iki gün əvvəl İsrail əsgərləri Livanın cənubunda üç istiqamətdə BMT sülhməramlılarının mövqeyini atəşə tutub, iki hərbçi yaralanıb.