Çin şirkəti Deep Blue Aerospace 2027-ci ildə suborbital kosmik turizm xidmətləri göstərməyə başlayacağını açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, şirkət suborbital ekspedisiya üçün hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satıb.
Qeyd edək ki, Çin Deep Blue Aerospace, ekipajlı kosmik gəminin altı panoramik pəncərəyə sahib olduğunu, altı sərnişin daşıya biləcəyini və 50 dəfədən çox istifadə üçün nəzərdə tutulduğunu bildirib.
Hündürlüyü təqribən 4 metr, maksimal diametri isə 3,5 metr olan kosmik gəminin qalxma çəkisinin 7,9 ton olduğu vurğulanıb.
Şirkət həmçinin bildirib ki, uçuşlar təxminən 12 dəqiqə davam edəcək və bu müddət ərzində kosmik gəmi 100 kilometr yüksəkliyə çatacaq, lakin orbitə çıxmayacaq.