Sürmene rayonunda Cevat Can və Elif Çilingir cütlüyü Zeytinli Məhəlləsindəki şadlıq sarayında toy edib.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Toyda iştirak edənlər zinət mərasimində bəyin dostlarının sürprizinin şahidi olublar.
“Kədərli itkimiz” yazılmış əklillə salona daxil olan qrup, üzərində bəyin adı və “Ölüm səbəbi: Evlilik, ruhuna Fatihə” yazılmış məzar daşını stolun üzərinə qoyub. Sonra bəyin dostları qonaqlardan xeyir-dua alaraq gəlindən xahiş ediblər ki, dostlarının çayxanada onlarla görüşməsinə və futbol yarışlarında iştirak etməsinə icazə verəcəyinə söz versin.
Qeyd edək ki, Cənazə namazına bənzəyən sürprizdə xalatlı bəyin dostu əlinə mikrofon alaraq “Subaylıqdan evlilik həyatına keçən Cevat qardaşımızı necə tanıyırdınız?Subay günlərindən qalan haqqınıızı halal edirsinizmi deyib?”.
Sonda haqlarını halal edən dostları bəyə hədiyyə olaraq əmzik, mətbəx önlüüyü və əlcək verib, ona heyva yedirdiblər.