Canlı yayımda təcili zəng: Maşa, bu haqda danışma! - Video

Canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zəng gəlib. Odan xahiş olunub ki, Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməsin.
Axar.az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı və Teleqram kanalları məlumat paylaşıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi həmsöhbətə təşəkkür edib və brifinqi davam etdirib.
Bundan əvvəl Putinin mətbuat katibi Dmitri Peskov qitələrarası ballistik raketin Dneprə hücumu ilə bağlı şərh verməkdən imtina edib. Siyasətçinin fikrincə, bu cür suallar hərbçilərə ünvanlanmalıdır.

Telegram Widget