
Qida mütəxəssisi: Dönər satılan yerlərin əksəriyyətində gigiyenik normalar gözlənilmir
12:52 26.11.2024
Sağlamlıq
671
Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
Qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, aparılan bir elmi araşdırmada bir həftə boyunca siçovullara ancaq fast food qidalar və şirin qazlı içkilər verilir:

“Bir həftədən sonra həmin siçovullar çox rahat keçə bildikləri kiçik labirintin çıxışını tapa bilmirlər, məlum olur ki, onların beyinlərində infeksiya yaranıb, beyin hüceyrələrində dəyişiklik baş verib. Sözümün canı odur ki, cəmi bir həftə ərzində fast food qida qəbulu bu cür nəticələnirsə, onda daimi bu cür qidalanmağın nəticəsini özünüz düşünün! Əslində bu cür zəhərlənmə hallarının olması normaldır. Çünki, hazırda demək olar ki, dönər satılan yerlərin əksəriyyətində heç bir gigiyenik normalar gözlənilmir, ətin hardan, necə alındığı tam aydın deyil, istifadə olunan digər ərzaqların təmizliyi və keyfiyyətinə heç kim cavabdehlik daşımır. Adından da göründüyü kimi, "tez-tələsik" yediyimiz üçün də bu cür hallarla tez-tez rastlaşırıq. Həmçinin aldığımız qidanın "zəhərli" olub-olmadığını ayırd etmək də çətindir. Bəlkə qoxusunda, görüntüsündə və dadında fərqli nəsə isə hiss etsək, şübhələnə bilərik. Əks halda çox təəssüf ki, zəhərlənmə qaçınılmazdır. Qida zəhərlənməsinin simptomları adətən 2-3 gün ərzində öz-özünə yox olur və heç bir müalicə tələb etmir. Bu dövrdə ishal və qusma nəticəsində itirilən mayenin yerini doldurmaq üçün bol su və yağsız mayelər içmək lazımdır. Qusma varsa ürəkbulanma əleyhinə dərmanlar istifadə edilə bilər. Lakin, çox şiddətli maye itkisinə səbəb olacaq qusma və ishal varsa və ya simptomlar 2-3 gün ərzində keçmirsə, həkimə müraciət edilməlidir. Qida zəhərlənməsi və hətta insan ölümlərinin qarşını almaq üçün mütləq ciddi şəkildə nəzarət edilməlidir. Eyni zamanda müəyyən tələblər qoyulmalı və normalar tətbiq olunmalıdır. Bir də ki, axı biz özümüz də düzgün seçim edə bilərik. Sağlamlığımız seçimlərimizdən asılıdır! Sağlam qidalanaraq sağlam yaşayın!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial