Köhnə yapon taktikasına "əlvida" deyin: Turş portağalı baldan daha şirin edir!
10:36 27.11.2024
Cəmiyyət
582
Qış aylarında meyvə-tərəvəzlərdən bol istifadə hər zaman tövsiyə edilir. Lakin bəzi meyvələr məhz turş olmaları səbəbindən çox da sevilmir. Payız-qış aylarında immuniteti gücləndirmək üçün məsləhət görülən nar, portağal, naringi, qreypfrut kimi meyvələr bəzən dadlı, bəzənsə aşırı dərəcədə turş ola bilir. O cümlədən C vitamini ilə zəngin olan portağal turş olduqda yeyilməsi çətinləşir. Lakin elə bir üsul var ki o, turş portağalı şirinləşdirir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, yaponlar əsrlərdir ki, turş naringiləri şirinləşdirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Əcdadlarımızın istifadə etdiyi üsul isə yaponlara meydan oxuya bilər. Bunun üçün lazım olan tək şey duzdur. Məhz duz turş portağalları şirinləşdirəcək. Portağalları şirinləşdirmək üçün üzərinə bir az duz səpin. Duz meyvəyə tez nüfuz edəcək və onu şirin edəcək. İllərdir üstünlük verilən bu üsul sayəsində turş portağalları atmaq məcburiyyətində qalmayacaqsınız. Daha klassik bir dadlandırma üsulu axtarırsınızsa, şəkər tozu istifadə edə bilərsiniz. Dilimlənmiş portağalın üzərinə yüngülcə şəkər səpin və ya suyunu sıxın və şəkər əlavə edin və yaxşı qarışdırın. Unutmayın ki, şəkərin istifadəsi asan və effektiv olsa da, həddindən artıq istehlakdan qaçınmalısınız. İstifadə edə biləcəyiniz başqa bir alternativ darçındır. Darçın turş portağalın dadını yumşaldır və zəngin ətir əlavə edir. Portağalları kəsdikdən sonra toz darçın səpmək olar. Turşluğun bir qədər aradan qaldırıldığını görəcəksiniz. Bu, darçın sevənlərin sınamalı olduğu bir ləzzətdir. Duz və ya şəkərdən istifadə edərək şirinləşdirmək istəmirsinizsə, təbii üsulları seçə bilərsiniz. Banan və ya xurma təbii olaraq turş portağalın dadını yumşalda bilər. Portağalı dilimləyib üzərinə banan dilimləri və ya xurma dilimləri əlavə edə bilərsiniz. Portağal suyunu xurma püresi ilə qarışdıraraq da istehlak edə bilərsiniz. Portağalı şirinləşdirməyin başqa təsirli yolu onu qatıq və ya qaymaqla qarışdırmaqdır. Qatıq tərkibindəki probiotik tərkibi ilə həzmi dəstəkləsə də, portağallara şirin bir dad verə bilir. Bununla belə, turş qatıqlardan istifadə etməməlisiniz. Meyvə qatığı ilə qarışdıraraq və ya dilimlərə qatıq əlavə edərək istehlak edə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial