İranın Hələbdəki konsulluğuna hücum olub

İranın Hələbdəki konsulluğu silahlı dəstələrin hücumuna məruz qalıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

Diplomat vurğulayıb ki, İran "həm hüquqi, həm də beynəlxalq səviyyədə bu hücuma görə məsuliyyət daşıyanları cavab verməyə məcbur edəcək".