Ərdoğan: Hörmüz boğazına alternativ marşrutlara ehtiyac var

Qlobal enerji bazarlarında və beynəlxalq ticarət marşrutlarında baş verən hadisələri qiymətləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazı ətrafındakı risklərə diqqət çəkib.

Teleqraf xəbər verir ki, bu barədə o, səfərdə olduğu Cənubi Koreyanın mediasına müsahibəsində danışıb.

“Baş verən böhran beynəlxalq ticarətdə etibarlı alternativ marşrutların yaradılmasının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Türkiyə olaraq Asiya ilə Avropa arasındakı strateji mövqeyimizi güclü nəqliyyat və logistika infrastrukturu ilə dəstəkləyirik”, - Ərdoğan bildirib.