Gürcüstanın hökumətyönlü “İmedi” televiziya kanalı Tbilisidə müxalifətin mitinqində təhlükəsizlik qüvvələrinə hücuma görə səkkiz rusiyalının saxlanıldığını elan edib.
“Etirazlar zamanı 10 xarici ölkə vətəndaşı, o cümlədən Rusiya, Belarus və ABŞ vətəndaşları həbs edilib”, - məlumatda deyilir.
Sherg.az "RİA Novosti"yı istinadən xəbər verir ki, saxlanılan on nəfərdən səkkizinin rus olduğu dəqiqləşdirilir.
Şənbə günü səhər Gürcüstanın Daxili İşlər Nazirliyi son iki gündə keçirilən mitinqlərdən sonra 107 nəfərin idarələrə aparıldığını bildirib. Aksiya iştirakçıları xuliqanlıq və ya polisin əmrinə tabe olmamaq ittihamı ilə saxlanılıb. Hücumlar nəticəsində 10 polis əməkdaşı yaralanıb. Onlardan biri yanıq xəsarətləri ilə xəstəxanadadır.
Müxalifət həmçinin darvazaları, parlamentin yaxınlığındakı mühafizə hasarını və digər infrastruktur obyektlərini zədələyib, müxtəlif obyektləri yandırıb, müşahidə kameralarını sındırıb.