İran XİN başçısı təcili Türkiyəyə gedir

İran xarici işlər naziri Abbas Arakçı Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər 2 dekabrda baş tutacaq.

Qeyd edək ki, Suriyada rejimə müxalif qüvvələrin onlarla kəndi, o cümlədən Hələbi ələ keçirməsi və Suriya qüvvələrini darmadağın etməsindən sonra İran diplomatik fəallığını artırıb.