Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərarlara görə tənqid və təzyiqlərlə üzləşib.
"Sherg.az" "Euronews"-a istinadən xəbər verir ki, BCM sədri bazar ertəsi ABŞ və Rusiyanı qurumun araşdırmalarına müdaxilə etdiyinə və hakimlərini təhdid etdiyinə görə tənqid edib.
Bazar ertəsi illik iclasına başlayan məhkəmə, Benyamin Netanyahu və Vladimir Putinə verilən həbs qərarları, eləcə də digər bəzi qərarlarla bağlı bəzi dairələrdən artan təzyiq və tənqidlərlə üzləşir.
BCM prezidenti Tomoko Akane Haaqadakı məhkəmənin 124 üzv dövlətinin nümayəndələri qarşısında çıxışında deyib ki, məhkəmə "təhdidlər, təzyiqlər və təxribat aktları ilə" üzləşib.
"Beynəlxalq hüquq və beynəlxalq ədalət təhdid altındadır. Bəşəriyyətin gələcəyi də təhlükə altındadır", - o əlavə edib.