Kadırov: Ukrayna və Gürcüstanı buna görə itirdik!
Yusif Nəzərli
17:00 05.12.2024
Dünya
356
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Prezident tərəfindən onlara tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov 13 yaşlı yeniyetmə Müslim Murdiyevin işi ilə bağlı danışarkən səsləndirib.
"Biz uzun müddət Müslüm Murdiyevin işində iştirak etmişik: hüquq müdafiəçiləri, deputatlar, senatorlar - bütün nümayəndələr, o cümlədən şəxsən mən. Yuxarıda oturanlar, Bastrıkin və Kolokoltsev başda olmaqla, istintaq orqanları öz yerlərində oturmurlar", - deyə Ramzan Kadırov əlavə edib.
O, həmçinin miqrasiya məsələsinə toxunaraq, Rusiya Prezidenti ilə Özbəkistan Prezidenti arasında bu problemin ümumi həll yolunun tapılması məqsədilə aparılan müzakirələrdə şəxsən iştirak etdiyini qeyd edib:
"Kolokoltsev əmr verib və gəlmələri, bizə lazım olan qardaşlarımızı döyürlər, saxlayırlar və qovurlar. Sonra isə deyirlər ki, heç kim bizimlə dost olmaq istəmir. Niyə biz Ukraynanı, Gürcüstanı itirdik? Niyə digər dövlətlərlə münasibətlər gərgindir? Çünki insanlar dövlət daxilində nələrin baş verdiyini bilmirlər. Onlar bölgələrə getmir, insanlarla ünsiyyət qurmurlar. Öz kreslolarında oturub qanunsuzluq edirlər, pəncərədən baxıb nə baş verdiyini görmürlər. Allah mütləq onları cəzalandıracaq"
Kadırov həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları Prezident tərəfindən tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir.
"Müslimin məhkəməsi dekabrın 18-dədir. Onu nə həbs edəcəklər, nə də ona bir zərər gələcək. Mən şəxsən hər kəslə danışmışam. O, tezliklə azad olunacaq," - deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.
Xatırladaq ki, Müslim Murdiyevlə bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsində cinayət işi araşdırılır. Onun barəsində bir neçə epizod üzrə ittiham irəli sürülüb. Yeniyetmə artıq yeddi aydır ki, ev dustaqlığındadır. O, qrup halında qabaqcadan əlbir olaraq vətəndaşlara qarşı zor tətbiq etməklə ictimai asayişi kobud şəkildə pozmaqda ittiham olunur. Murdiyevlə yanaşı iş üzrə daha dörd nəfər də ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İrana qarşı yeni zərbələr endirməyə hazırlaşır
20:43 10.06.2026
Gündəm
Bil Qeyts konqresmenlərə Epşteynlə əlaqələrindən danışacaq
20:34 10.06.2026
Dünya
Qarabağ ermənilərinin fəallarından biri azadlığa buraxılacaq
20:30 10.06.2026
Gündəm
Putindən miqrantlarla bağlı mühüm qərar
20:22 10.06.2026
Dünya
Honda ABŞ-də 880 mindən çox avtomobili geri çağırır
20:00 10.06.2026
Texnologiya
Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi
19:40 10.06.2026
Siyasət
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
19:33 10.06.2026
Dünya
Yasamalda obyektdə yanğın baş verib
19:19 10.06.2026
Hadisə
Heqset: Kubanın gələcəyi ABŞ Prezidentinin əlindədir...
19:12 10.06.2026
Dünya
BAEA İdarə Heyəti İran əleyhinə qətnaməni qəbul edib
19:05 10.06.2026
Dünya
Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
18:45 10.06.2026
Sosial
Kamçatkada 6 bal gücündə zəlzələ oldu
18:43 10.06.2026
Hadisə
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
18:14 10.06.2026
Cəmiyyət
Mingəçevirdən bölgələrə uzanan “Yaşıl Yol Xəritəsi”
16:28 10.06.2026
Ölkə