Livan sərhəddə bütün keçid məntəqələrini bağlayıb

Livanın Baş Təhlükəsizlik Baş İdarəsi Suriya ilə sərhədlərdə demək olar ki, bütün keçid məntəqələrinin bağlandığını elan edib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, Beyrut və Dəməşqi birləşdirən yolda yalnız "Əl-Məsnə" məntəqəsi istisna təşkil edib.

Nəzarət-keçid məntəqələrinin fəaliyyətinin bərpası vaxtı dəqiqləşdirilməyib.