Çin lideri Si Szinpin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qatılmayacaq.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Bildirilib ki, sözügedən tədbirdə hər dəfə olduğu kimi, Çinin ABŞ-dakı səfiri və həyat yoldaşı iştirak edəcək.
Qeyd edək ki, bundan öncə Donald Trampın Si Szinpini andiçmə mərasiminə dəvət etdiyi haqda məlumat yayılmışdı.