Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün İtaliya Senatının, Xarici İşlər və Müdafiə Komitələrinin, eləcə də Avropa Məsələləri Komitələrinin birgə iclasında çıxış edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Zurabişvilinin çıxışı Tbilisi vaxtı ilə saat 13:00-da onlayn yayımlanacaq. Bildirilib ki, Gürcüstan Prezidenti senatda komitə sədrlərinin dəvəti ilə çıxış edəcək.