
Rusiya qazının alışına getməməliyik-- Ekspert
Yusif Nəzərli
00:02 10.01.2025
İqtisadiyyat
746
Azərbaycan üçün Avropanın qaz bazarında unikal şərait yaranıb
"Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb oldu:

"Bununla da, Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Rusiya milyardlarla dollar vəsait itirdi. Bu, Rusiyanın valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq. Avropa Rusiyanın Qərb banklarında vəsaitini bloklayıb. Bir tərəfdən də qaz alışını dayandırdı, sanksiyaları genişləndirdi. Məhz ABŞ-nin əsas strateji hədəfi Avropanın Rusiya qazından asılılığına son qoymaq idi. Rusiya Türkiyə vasitəsilə çalışacaq ki, öz qaz ixracını həyata keçirsin. Avropa İttifaqı müəyyən dərəcədə buna yaşıl işıq yandıra bilər. Amma ABŞ-nin burada siyasəti Donald Trampın verəcəyi qərardan asılıdır".
Analitikə görə, Avropa Rusiya qazından imtina etməklə, öz enerji müstəqilliyini də təmin etmiş oldu
: "Bu məsələ Rusiya və Avropa arasında dərin uçurum yaranmasına gətirib çıxardı. Ukraynanın belə bir qərar qəbul etməsi Vaşinqton və Londondan verilən təlimatlar əsasında həyata keçirildi. Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Amma Azərbaycanın texniki imkanları milyardlarla kubmetr Rusiya qazının daşınmasına imkan vermir. Azərbaycanın Rusiya qazının alışına getməsi risklidir. Qərb Azərbaycan qazına sanksiyalar tətbiq edə bilər. Azərbaycan üçün Avropanın qaz bazarında unikal şərait yaranıb. Vaxtı ilə "Qazprom" İtaliyada TAP qaz boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün "ekofəallardan" istifadə edirdi. Rusiya daima Azərbaycan qazının Avropaya ixracına qısqanclıqla yanaşırdı. Artıq Rusiyanın qazına blok qoyuldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm