Tramp əl çəkmir, müharibə ilə hədələyir - Frederiksen

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarından əl çəkməyib və Danimarkanı ticarət müharibəsi ilə hədələməkdə davam edir.
Axar.az xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen dünən Donald Trampla apardığı telefon danışığı ilə bağlı deyib.

“Dünən apardığımız telefon danışığı zamanı Tramp Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün iqtisadi zorakılıqdan istifadə etmək təhdidlərindən geri çəkilmədi. Biz Trampla ticarət müharibəsi istəmirik, lakin Danimarka iş adamları ilə birlikdə buna hazırlaşırıq”, - Frederiksen bildirib.