Zelenski: Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır


Ukrayna Azərbaycandan təbii qazın Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, müqavilə tezliklə imzalana bilər.

APA “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycan qazının tranziti üçün infrastrukturumuzdan istifadə edə bilərik”, - deyə Zelenski vurğulayıb.

O bildirib ki, əgər siyasi iradə varsa, müqavilə tez bir zamanda imzalana bilər.