Rusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin ifşa olunmasından narazıdır -Analiz
Yusif Nəzərli
11:17 07.02.2025
Aktual
955
Fuad Abbasov: "Sergey Mantsayev hansısa hüquqi əhəmiyyəti olmayan açıqlamalar verir"
Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təklif olunub. Belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O, Bakıda Rus Evinin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edib. Həmçinin qeyd edib ki, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, bütün bunların hamısı AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra gündəmə gələn neqativ halların nəticəsidir:
“Sergey Mantsayev hansısa hüquqi əhəmiyyəti olmayan açıqlamalar verir. Sadəcə olaraq ictimai rəy formalaşdırmaqla məşğuldur. Bu ictimai rəy isə xüsusilə “Rus Evi”nin bağlanma təhlükəsiylə üz-üzə qaldığı bir dönəmə rast gəlir. Xatırlatmaq lazımdır ki, 2001-ci ildə Rusiyada Ulu Öndər Heydər Əliyev və dönəmin prezidenti Vladimir Putin tərəfindən əsası qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlanıb. Moskvada və Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan icma evləri fəaliyyətini dayandırmışdı. Lakin həmin hadisələrdən sonra Azərbaycanda yaşayan ruslara qarşı hansısa addım atılmadı. Azərbaycan bunu hüquqi proses kimi qiymətləndirdi və hansısa siyasi don geyindirmədi”.
Ekspert bildirib ki, hazırda Rusiya hər kəsin dünyada casus şəbəkəsi kimi tanıdığı “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin işfa olunmasından narazıdır:
““Rus Evi”nin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər Rusiyanın Azərbaycanla bağlı planlarına maneə olub. Sözügedən hadisə həm Rusiya, həm də “Rus Evi”ndən pul qazanan insanlara narahatlıq verir. Rusiya bununla sanki Azərbaycandan qisas almağa çalışır. Azərbaycan vətəndaşları Rusiyada qanuni qaydada qeydiyyatdan keçdikdən sonra onlar üçün heç bir təhlükə yoxdur. Təyyarə qəzasından və “Rus Evi”nin bağlanma məsələsi olmazdan əvvəl qeydiyyatdan keçməyən vətəndaşlara ya ölkənizə qayıdın, ya da Ukraynaya qarşı vuruşaraq vətəndaşlıq alın şəklində təkliflər edilirdi. Rusiya dövlət səviyyəsində onsuz da bütün miqrantlara qarşı fəaliyyət başladıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual