Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb
Yusif Nəzərli
08:06 27.02.2025
Sosial
388
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb.
Bu barədə APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
“Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkin düşmə faktı ilə bağlı Dövlət Komissiyasına yeni müraciətlərin sayı artıb. Bu müraciətlər eyni zamanda, Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. Deyə bilərəm ki, 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilib və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar”, - Eldar Səmədov vurğulayıb.
O qeyd edib ki, 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyanın qeydiyyatındadır: “Onlardan 168 nəfəri mülki, 42 nəfəri hərbçidir. Mülki şəxslərdən 38 nəfər uşaq - 23 oğlan və 15 qız, 57 nəfər qadın - 15 nəfəri ahıl yaşlı qadın, 30 nəfər qoca da var. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm