Qaynar su içən 2 yaşlı uşaq öldü

Ağcabədidə faciəli hadisə baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.

2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.