
Timsahın göz yaşları: Arkadi Qukasyanın bu etirafı təsadüfi deyil
12:14 10.03.2025
Gündəm
382
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırır. O, prokurorun “Böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb:
“Böyük Ermənistanla” bağlı… Çoxdandır nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, Arkadi Qukasyanın bu etirafı təsadüfi deyil:

“Onlar hər zaman nağıl və xəyallara aldandıqlarını biliblər. Amma buna baxmayaraq irəli doğru hərəkət ediblər. Çünki ermənilərin tarix boyu iplərinin ucu öz əllərində olmayıb və onlardan həmişə alət kimi istifadə ediblər. Xüsusilə də, türkə düşmən olanlar şəxslər tərəfindən ermənilərdən bizə qarşı istifadə olunub. Ermənilər isə özlərindən istifadə olunduğunu bildikləri halda qismət deyib prosesdə yer alıblar. İndi isə aldandıqlarını dilə gətirirlər. Əlbəttə, bu timsal göz yaşlarıdır və ermənilərə çox da inanmaq lazım deyil. Çünki həmin şəxslər nə vaxtsa Azərbaycan həbsxanasından çıxaraq dünyanın hansısa yerinə getsələr, yenə antitürk mövqeyi ortaya qoyacaqlar. Arkadi Qukasyanın açıqlaması sadəcə olaraq cəzasını yüngülləşdirmək üçün altığı addımdan başqa bir şey deyil. Ermənistan Baş naziri də bir neçə dəfə reallıqla barışmalı olduqlarını dilə gətirib. Görünən odur ki, hazırki vəziyyətdə onların mövcud reallıq ağıllarına batır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm