Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır.
APA xəbər verir ki, görüş Səudiyyə Ərəbistanında keçirilir.
Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa təmsil edir.
ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edəcək.