
Aİ ilə ABŞ arasında ticarət müharibəsi: Bu savaşın qazananı olmayacaq -AÇIQLAMA
11:14 12.03.2025
İqtisadiyyat
785
ABŞ və Aİ arasında ticarət gərginliyi: Yeni gömrük tarifləri qüvvəyə minir
Avropa İttifaqı aprel 1-dən etibarən ABŞ-dən idxal olunan 26 milyard avro (28,33 milyard dollar – red.) həcmindəki mallara əlavə gömrük tarifləri tətbiq edəcək.
APA-nın “Reuters“ə istinadən xəbər verir ki, bu addım rəsmi Vaşinqton İttifaqın üzvü olan ölkələrdən gətirilən polad və alüminiumun idxalı üzərinə qoyulacaq gömrük rüsumu səbəbindən atılıb.
Aİ ABŞ ilə dialoqa hazır olduğunu bəyan edir
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen yeni rüsum siyasətinin iki mərhələdə həyata keçiriləcəyini açıqlayıb. Eyni zamanda o deyib ki, ölkəsi rəsmi Vaşinqtonla konstruktiv dialoqa hazırdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Aİ-dən idxal olunan mallara 25 faiz həcmində rüsum tətbiq edib.
Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, ABŞ-ın Avropaya tətbiq etdiyi əlavə gömrük rüsumları qarşılığında Avropa İttifaqı da Amerikadan idxal etdiyi 28,3 milyard dollar həcmindəki mallara 1 apreldən başlayaraq gömrük rüsumları tətbiq edəcək:

“Bu Avropa İttifaqı ilə ABŞ arasında başlanmış ticarət müharibəsidir. Bu müharibədə qazanan tərəf olmayacağını hesab edirəm. Çünki, ilk növbədə Avropa İttifaqı ABŞ-dan iqtisadi və təhlükəsizlik baxımından asıllı vəziyyətə düşüb. Qarşılıqlı əlavə gömrük tariflərin tətbiqi isə hər iki tərəfin daxili bazarında bahalaşma yayardacaq. Avropa İttifaqı yeni gömrük tarifləri tətbiq etsə də indiki zamanda ABŞ-ın idxalından imtina edə bilməyəcək. Ona görə də Avropa İttifaqı məkanında infilyasiya templəri sürətlənəcək. İnfilyasiyanın artması, avronun ucuzlaşması Avropa İttifaqı daxilində fikir ayrılıqlları yaradcaq. Bu da Avropa İttifaqının gələcəyinin təhlükə altına düşməsidir”.
Parlament üzvü vurğulayıb ki, ABŞ üçün Avropa Birliyinin olması və tədavüldə avronun qalması maraqlı deyil:
“Bu baxımdan ABŞ-ın Avropa Birliyi ilə bağlı atdığı addımlar avronun ucuzlaşdırılmasına, birliyin iqtisadiyyatının çökdürülməsinə hesablandığını hesab edirəm. Hətta Donald Tramp hakimiyyətə gəldiyi gündən Avropa İttifaqı özü özünün təhlükəsizliyini təmin etməli olduğunu və NATO-ya ödənilən üzv haqqını ÜDM-in 5%əqədər artırmalı olduğunu fikirini dövrüyyəyə buraxıb. Bu gün Avroap İttifaqı ABŞ-dan gələn mallara əlavə gömrük rüsumları tətbiq etməklə yanaşı təhlükəsizliyinin təşkili üçün 800 milyard avronun yığılması ətrafında da düşünür. Əgər Aİ-nın samittində deyildi kimi, ittifaqa daxil ölkələr 800 milyard avronu düzəltmək üçün kreditlərə gedərsə və sosial proqramları təxirə salarlarsa ölkələr çətin vəziyyətlə qarşılacaq. Bir tərəfdən daxili bazar bahalaşır, digər tərəfdən də soisal proqramlar kəsilir və kreditləşmə ilə borclanır. Bu da Aİ-nın gələcəyi təhlükə altına salacaq. ABŞ-la bağlı isə deyə bilərəm ki, bu ölkə böyük güc və hegemondur. Aİ-dan idxal olunan malların bahalaşması ABŞ-ın daxili bazarında müəyyən qədər bahalaşma yaratsa da , bu, ABŞ iqtisadiyyatında böyük fəsad yarada bilməyəcək. ABŞ-ın iqtisadi imkanları böyükdür və prezident Doald Tramp hər bir vəziyyətdən istifadə edərək ölkəsini daha güclü etməyə çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət