Tarixçi-alim Bahar Muradovaya müraciət edib
11:38 12.03.2025
Sosial
447
Tarixçi-alim, dosent Zaur Aliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya müraciət edib.
“Sherg.az” xəbər verir ki, alim müraciətində Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsinin məhvə doğru getməsindən narahatlığını ifadə edib.
Vəziyyətin yaxşılığa doğru getmədiyini vurğulayan dosent ailə dəyərlərimizin itməsinə görə, telekanalları ittiham edib:
“Bilmirəm baxırsınız bizim telekanallara, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında.
Telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cürə açıq formada təqdim edilməsi dəyərlərini uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir.
Ölkədə demorafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də madiyyatdır. Səbəb: Telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verlişərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Hər kəs elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik belə olur.
Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərin ailə problemlərini o səviyyədə əxlaqsız formada müzakirləri gedir. Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir Ana yox Qaynana yox “əfi ilan” kimi çıxış etməsi.
ANA obrazını belə gözdən, nüfuzdan salırlar efirlərdə. ANA deyiləndə Ceyran kimiləri yox Poladlar, Allehverdilər, Əlyarlar, Natiqlər və yüzlərlə, minlərlə şəhid, qazi dünyaya gətirən, bizi dünyaya gətirən ANAlarımız gözə gəlməlidir, bilinməlidir.
Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda bu belə olub, bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub guya hər zaman. Axı bu belə deyil. Bizim ailə dəyərlərimiz belə olmayıb axı.
Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları. Efirlərdə baş verən mübahisələr, müzakirələr. Hələ cəmiyyətdə az çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır.
Hara qədər gedəcək bu?
Axı Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.”
Yoxsa çıxıb efirdə əxalqsızlıqda bir birlərini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır . Bəs onların dünyaya gətirdikləri uşaqların taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideyinlərə görə necə yaşacaqlar?”.
Z. Əliyevin sözlərinə görə, cəmiyyətə zərər verən belə sosial verilişlərdə sosial problemlər yox, ailə dəyərlərini məhv edən müzakirələr edilir:
““Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”
Bunlara görə yüzlərlə ailələr dağılır və gələcəkdə cinayətlərə yol açması bizləri qorxudur. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. İnanın səbrimizi zorla sıxıb saxlayırıq.
Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. İnanın bunlar bizim ürək partlamısından ölməyimizə aparır. Sosial verlişərdir sosial problemləri müzakirə etsinlər. Şou verlişərdir, mahnıların oxusunlar, mədəniyyətdən danışsınılar, musiqini müzakirə etsinlər. Bunlar qalıb qıraqda ailə söhbətləri iyrənc formada müzakirə edilir.
Biz bir qaydanı bilirik əsrlərdir: Ailə dəyərləri toxunulmazdır!!!
Kömək edin biz yaşayaq, biz həyatda qalaq. Yoxsa ürək tutması, instult, intiharlar bizim xalqı siləcək tarixdən. Xahiş edirəm Bahar xanım! Millətin məhv olmasının müvafiq qurum olaraq qarşısını alın!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət