
Yaxın qohumlar arasındakı nikah müqavilələri sağlam gələcəyi təhdid edir -REAKSİYA
12:10 12.03.2025
Sosial
377
Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.
Nazir müavini bildirib ki, qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib: "Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq. Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024-cü il tarixdə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.
Təklifi dəyərləndirən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, bu irsi qan xəstəliklərinin qarşını almaq üçün atılan addımlardan biridir:

“Hesab edirəm ki, sözügedən addım sağlam gələcək baxımından böyük töhfə verə bilər. Çalışmalıyıq ki, bu evliliklər olmasın. Çünki tibb mütəxəssisləri təsdiq etdilər ki, yaxın qohumlar arasındakı nikah müqavilələri sağlam gələcəyi təhdid edir. Bu dəyərləndirmələrdən sonra yaxın qohumlar arasında nikah müqaviləsi olmasına qadağa qoyulması adekvat yanaşmadır. Güman edirəm ki, həm sağlam gələcəyin formalaşması üçün ideal, həm də erkən nikahın qarşısını almaq üçün atılan addımdır. İnsanlar yaxın qohumluq münasibətindən istifadə edərək nikah bağlayırdılar. İndi isə bunlar baş verməyəcək".
Ekspert qeyd edib ki, əksər şəxslərin yaxın qohumla evlilik etmə səbəbi bir-birini yaxından tanıdıqları üçün atılan addımdır:
"Bəzi şəxslərdə isə köhnə yanaşma mövcuddur. Yəni imkanı var və bu imkan başqasına deyil də öz yaxın qohumuna qismət olsun deyərək evlilik edirlər. Hesab edirəm ki, bunlar köhnə yanaşmadır və keçmiş illərdə qalıb. Artıq daha dünyəvi və qlobal düşünməliyik. Bəzən qohumlar arası evliliklərdə qeyri-sağlam uşaqlar dünyaya gəlirdi. Bu isə ailələri xoşbəxt etmirdi. Ümumiyyətlə sözügedən qadağa insanların seçim azadlığını məhrum etmək deyil. Bir çox insanların istəyinə görə sağlam gələcək üçün yaxın qohum evliliyi qadağan edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət