Azər Ayxan: Qərb mediasının qeyri-obyektiv yazıları Azərbaycanın yolunu kəsə bilməyəcək
10:42 13.03.2025
Media
666
Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, - deyən dövlət başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib.
Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post“, “New York Times“, “News Week”, “Politico”, “Associated Press“in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb.
Tanınmış jurnalist, “Globalinfo.az” saytının təsisçisi və baş direktoru Azər Ayxan “Sherg.az”a bildirib ki, Azərbaycana qarşı hər zaman Qərb mediasından qərəzli mövqelərin şahidi oluruq:
“Xüsusilə də 2020-ci ildə Azərbaycan işğal altındakı torpaqlarını ermənilərdən azad edəndən sonra bu qərəz başqa bir forma almağa başladı. Artıq Azərbaycan həm regionda, həm də dünyada sayılıb-seçilən bir dövlət formatına gəldiyi üçün, Ermənistan kimi kənar yerlərdən, xüsusilə də Qərb paytaxtlarından tapşırıqlar, direktivlər almadığı və müstəqil xarici siyasət yürütdüyü üçün dövlətimizə və Prezidentə qarşı Qərb mediası tərəfindən qarayaxma kampaniyaların tez tez şahidi oluruq. Bu isə yalnız o ölkələrdə fəaliyyət göstərən medianın, jurnalistlərin fəaliyyəti deyil. Bu, həmin dövlətlərin başında dayanan şəxslərin birbaşa tapşırığı və tövsiyəsi ilə həyata keçən məsələdir. Azərbaycan bu gün nəhəng, qlobal tədbirlərə ev sahibliyi edir. İndiyə qədər oxşar tədbirlər paytaxt Bakıda bir neçə dəfə keçirilib. Bunun ən, yadda qalanlarından biri də 2024-cü ilin noyabrında keçirilən COP29 sammiti idi. O ərəfədə və ondan sonrakı günlərdə də biz xarici mediada, xüsusilə də Qərb mediasının qərəzli münasibətinin şahidi olduq. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz yolu ilə, əzmi ilə irəliləyir. Bu cür şantaj yanaşmalar, qeyri obyektiv yazılar Azərbaycan dövlətinin yolunu kəsə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı