Bülent Arınç: Ermənistan sülhə razılaşmalıdır
Yusif Nəzərli
07:55 14.03.2025
Siyasət
422
"Prezident İlham Əliyevin də dediyi kimi Fransa hazırda Ermənistanın tərəfini tutur və buna davam edir. II Dünya müharibəsindən sonra formalaşan təşkilatlar münaqişələrin, ölkələr arasındakı problemlərin həllində aktiv rol oynamalıdır".
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə doğru" panelində bildirib.
Natiq söyləyib ki, BMT-nin Təhlükəsizlik Şurası var, amma orada münaqişələrlə bağlı qərarların verilməsi çətindir.
Onun sözlərinə görə, Azərbaycan da bunu anlayaraq, torpaqlarını işğaldan azad etmək hüququndan yararlanıb:
"Çünki münaqişələrdə maraqlı dövlətlər əsassız olaraq veto haqqından istifadə edir. Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" yanaşmasını xatırlamaq istəyirəm. Bu o deməkdir ki, dünyanın aparıcı gücləri münaqişələr qarşısında sükutu qoruyur. BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri var, amma heç biri icra edilməyib. Eyni hal Ermənistanın Qarabağı işğalı ilə bağlı da qəbul edilmişdi. Qarabağın işğalını, Xocalı faciəsini xatırlayaq. O zaman dünya ölkələri sadəcə Minsk qrupunu yaratmaqla işlərini bitmiş saydılar. Azərbaycan haqlı olaraq dedi ki, mən torpaqlarımı azad etmək hüququndan istifadə etmişəm. İndi isə Ermənistan sülhə razılaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı