ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Amerikanın Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Telekanalın məlumatına görə, polis hələlik şübhəlilərin kimliyini müəyyən etməyib.


Parka gedən bütün yollar bağlanıb.