Əkrəm İmamoğlu həbs edilib

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, onun, qərara əsasən cəza evinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ə. İmamoğlu haqqında “terror” istintaqı üzrə qərarın da verilməsi gözlənilir.